Xalis mənfəəti 15 mln manatdan çox olan banklar - Siyahı

10:33 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan  22-si yanvar-sentyabr aylarında müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, onlardan 4-də sözügedən göstərici 15 milyon manatdan çoxdur.

 Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (197,182 milyon manat), “Kapital Bank” (135,181 milyon manat), “PAŞA Bank” (69,285 milyon manat) və “Bank of Baku” (16,788 milyon manat) ASC-lərdir.

Qalan 18 bankdan 3-də (xalis) mənfəət 10-15 milyon manat arasında, 10 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır.

Bütün xəbərlər