Supsa terminalından AÇG nefti yüklənmiş 1000-ci tanker yola salındı

10:47 - 30.11.2021


30 noyabr, Fineko/abc.az bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

ABC.AZ-ın məlumatına görə, İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş  və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca  təhlükəsiz şəkildə nəql edilmiş 650000 barel xam neft yüklənib. Qeyd edək ki, Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100000 barel təşkil edir.

Bütün xəbərlər