Gələn ildən Azərbaycan “Avro-5” dizeli istehsal edəcək

10:50 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.  Bu yaxınlarda Heydər Əliyev adına Neft Emalı zavodunda artıq bir neçə köməkçi qurğular istismara veriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sonrakı mərhələdə - 2022-ci ildə dizelin təmizlənməsi qurğusu da istismara veriləcək: “Artıq növbəti ilin ortalarında Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel yanacağının istehsalının başlanması nəzərdə tutulub. Bundan sonra 1 il ərzində mərhələli şəkildə digər qurğular da istismara verildikcə, istehsal olunan benzinin keyfiyyəti tədricən artırılacaq. 2023-cü ilin ortalarında benzinin keyfiyyəti “Avro-5” standartlarına tam uyğunlaşdırılacaq”.

Bütün xəbərlər