Sığorta növləri üçün mobil tətbiqetmə hazırlanacaq

11:02 - 30.11.2021


 30 noyabr, Fineko/abc.az.  Azərbaycanda sığorta növləri ilə bağlı xüsusi mobil tətbiq hazırlanacaq. ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, mobil tətbiq iki hissədən ibarət olacaq:
"1-ci hissə məlumatlandırma, 2-ci hissə isə əməliyyat hissəsi olacaq. Vətəndaş qanunla tələb olunan məlumatları daxil etməklə sığorta şəhadətnaməsi əldə edəcək yaxud onu yeniləyəcək. Bu mobil tətbiq həm də AMB-yə imkan verəcək ki, sığorta şikayətlərini və sığorta hadisələrini izləsin. Hətta həmin mobil tətbiqdə vətəndaş sığorta hadisəsi baş verməsini və məsələnin həlli prosesini izləyə biləcək. Hətta o, görə biləcək ki, müstəqil ekspertlər necə seçiləcək".

Bütün xəbərlər