Azərbaycan 10 ayda bu qədər çay idxal edib - Hesabat

30.11.2021,12:09


30 noyabr, Fineko/abc.az.    Azərbaycan bu ilin ilk 10 ay ərzində 11 877.49 ton çay idxal edib. 

ABC.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, idxal olunmuş çayın dəyəri 51 622.04 min ABŞ dolları təşkil edib. Komitənin hesabatlarına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında idxal olunan çayın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.4%, dəyəri isə 11.6% artıb.