Azərbaycan pambıq lifi ixracını artırıb - Statistika

30.11.2021,12:21


30 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında Azərbaycandan ixrac olunan pambıq lifinin həcmi açıqlanıb. Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 104 min 719 ton pambıq lifi göndərilib. 2021-ci ilin yanvar-oktyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 163 milyon 93 min ABŞ dolları olub. Ötən ilin eyni aylarında ölkədən 95 milyon 871 min dollarlıq 72 min 987 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 70%, miqdar ifadəsində isə 43.5% artıb.