Aşıq Ələsgərin Bakıda abidəsi olacaq - Prezident Sərəncam verdi

14:07 - 30.11.2021


30 noyabr, Fineko/abc.az . Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb. ABC.AZ xəbər verir ki, Sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzalanıb. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.
Bütün xəbərlər