AMB valyuta hərracında banklara 142,9 mln dollar satıb

15:25 - 30.11.2021


30 noyabr, Fineko/abc.az. Noyabrın 30-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən ABC.AZ-a bildirilib ki, hərracda tələb 142,9 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bütün xəbərlər