Pensiyaların indeksləşdirmə əsasında artırılması da gözlənilir

30.11.2021,16:08


30 noyabr, Fineko/abc.az  2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur. ABC.AZ xəbər verir ki, bunu Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası zamanı nazir Sahil Babayev bildirib. İclasda qeyd olunub ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. 

İclasda imtiyazlı kateqoriyalara aid vətəndaşların mənzillə təminatı proqramından bəhs olunub. 2021-ci il artıq şəhid ailələri, müharibə əlilləri və digər həssas kateqoriyadan olan 2500 şəxsə mənzillərin sənədi təqdim edilib. Həmçinin bu il daha 164 müharibə əlillinə dövlət büdcəsi hesabına minik avtomobili verilib.