Sığorta bazarı böyüyüb - 12 faizdən çox

17:34 - 30.11.2021


30 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 705,700 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12,3% çoxdur.

Hesabat dövründə şirkətlər tərəfindən ödənilən sığorta haqlarının həcmi isə illik ifadədə 14,6% artaraq 401,211 mln. manat təşkil edib.

Bütün xəbərlər