Avrozona iqtisadiyyatı ilə bağlı yeni proqnoz - Azalmalar olacaq

10:55 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. "S&P Global Ratings" qlobal reytinq agentliyi 2022-ci il üçün Avrozona iqtisadiyyatı üzrə artım proqnozunu COVID-19 pandemiyasının yeni dalğaları fonunda cüzi – 0,1 faiz bəndi azaldaraq 4,4%-ə enidirib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, builki proqnoz dəyişilməz qalıb – 5,1%.

"S&P"nin baş iqtisadçısı Marion Amiot qeyd edib ki, Avropada və başqa regionlarda pandemiya ilə bağlı vəziyyət yenidən qeyri-stabil olub, agentlik vəziyyəti yaxşılaşan görmür və yeni vəziyyəti özünün makroiqtisadi baza proqnozları üçün artan əsas risk kimi dəyərləndirir. "S&P"nin proqnozlarına görə, tələb və təklif arasında olan fərqin azalması və vergi güzəştlərinin aradan qaldırılması fonunda gələn il Avrozonada inflyasiya 2%-dək yavaşlayacaq. Bundan əlavə, agentliyin ekspertlərinin fikrincə, Avropa Mərkəzi Bankı faiz dərəcələrini 2024-cü ilin sonuna qədər qaldırmayacaq.

 

Bütün xəbərlər