Nazirlikdə təyinatlar - 3 posta yeni kadrlar təyin edildi

12:29 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.

Nazirliyin mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.

Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat Xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Bütün xəbərlər