10 ayda “Azərkosmos” 39 mln dollarlıq xidmət görüb

14:11 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. Cari ilin 10 aylında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 39 milyon ABŞ dolları dəyərində xidmət  ixrac olunub.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 6,7 milyon dollar dəyərində xidmət ixrac edib.

 

Bütün xəbərlər