Ötən 10 ayda ən az sığorta yığan şirkətlər - Siyahı

10:16 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. Bu ilin 10 ayında ən az sığorta haqqı toplamış sığorta şirkətlərinin adları açıqlanıb.

ABC.AZ Renkinqə istinadən xəbər verir ki, bunlar “Meqa Həyat Sığorta” (382 min manat), eləcə də "Naxçıvan Sığorta" (1 milyon 967 min manat), “Bakı Sığorta” (4 milyon 185 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (4 milyon 661 min manat) və “Xalq Həyat Sığorta” (5 milyon 115 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 16 milyon 310 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,3%-i deməkdir.

 

Bütün xəbərlər