“Xiaomi” yeni və ucuz smartfonunu təqdim edib - 226 dollara satılır

11:06 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. “Xiaomi” şirkəti yeni ucuz smartfonlarını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, bu “Redmi Note 11T 5G” smartfonlarıdır.

Plastik korpusda hazırlanmış yenilik 6.6 düymlük IPS-displey, 16 MP-lik ön və 50 MP + 8 MP arxa kamera ilə təchiz edilib.

Smartfonun operativ yaddaşının həcmi konfiqurasiyadan asılı olaraq 4/6/8 GB, daxili yaddaşının həcmi isə 64 və ya 128 GB təşkil edir.

Bu gündən sözügedən smartfonların satışı başlayır. Baza versiyanın qiyməti 226 dollar təşkil edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər