Facebook kriptovalyuta reklamına icazə verdi

02.12.2021,14:05


2 dekabr, Fineko/abc.az. “Meta” şirkəti “Facebook” sosial şəbəkəsində kriptovalyuta layihələrinin reklamına icazə verib.

ABC.AZ xəbər verir ki, bu şirkətim 2018-ci ildən bəri ilk addımıdır.

Kriptovalyuta landşaftı hökumət qaydaları sayəsində son illərdə dəyişib və sabitləşib.

“Biz qəbul etdiyimiz tənzimləyici lisenziyaların sayını genişləndirməklə kriptovalyuta reklamlarını platformamızda göstərməyi asanlaşdırdıq”, – deyə şirkətdən bildirilib.