Ötən ay Neft Fondu bu qədər dollar satıb

14:28 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin noyabr ayı ərzində Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında 853,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

 

Bütün xəbərlər