Rusiyada ötən ay neft hasilatı və ixracı artıb

02.12.2021,15:32


2 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabr ayında Rusiyada neft və qaz kondensatı hasilatının həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Rusiyada neft və qaz kondensatı hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artaraq 44,562 milyon ton təşkil edib.

İlin əvvəlindən neft hasilatı 1,6% artaraq 477,86 milyon tona çatıb. 2021-ci ilin yanvar-noyabr aylarında Rusiya neftinin ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,1% azalaraq 205,1 milyon ton təşkil edib.

2021-ci ilin noyabrında Rusiyanın neft ixracı 3,4% artaraq 18,95 milyon ton təşkil edib.