Ən çox ünvanlı sosial yardım verilən rayonlar - Siyahı

02.12.2021,17:08


2 dekabr, Fineko/abc.az. 2021-ci il oktyabrın 1-i vəziyyətinə 52.5 min aztəminatlı ailənin 225.8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.

ABC.AZ xəbər verir ki, bu dövrdə onun bir nəfərə düşən orta aylıq məbləği 61.78 manat təşkil edib.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Qobustandadır.

Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 66 manat 72 qəpik təşkil edir.

Qobustandan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Biləsuvar rayonunda  verilib.

Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 66 manat 16 qəpik olub.

Biləsuvar rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Şəmkir rayonu (64.98 manat), Abşeron rayonu (64.81 manat), Tovuz rayonu (64.70 manat), Oğuz (64.21 manat) ilk sıralarda yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ Naxçıvan Muxtar Respublikasında (43.15 manat) qeydə alınıb.