Azərbaycanda 1772 yoluxma halı aşkarlanıb

17:09 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa (COVİD-19) 1772 yeni yoluxma hadisəsi aşkarlanıb, 2103 nəfər müalicə olunub, 21 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında əməliyyat Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 591 885 yoluxma halı aşkar edilib, onlardan 558 819-u müalicə olunub, 7905-i dünyasını dəyişib.Aktiv xəstələrin sayı 25161-dir.

Gün ərzində yeni yoluxma hallarının aşkarlanması üçün 13341 test aparılmış, ötən müddət ərzində isə 5 565 190 test keçirilmişdir.

 

Bütün xəbərlər