İrandan gətirilən kartof geri qaytarıldı

10:14 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. "AGR GROUP" MMC tərəfindən İrandan idxal edilən ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib.

ABC.AZ xəbər verir ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.

Bütün xəbərlər