Yeni layihə Prezidentə təqdim edilib - Baş nazir

12:15 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. “Yeni sosial inkişaf layihəsinin hazırlanması başa çatdırılıb. Layihə Prezident İlham Əliyevə təqdim edilib”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O vurğulayıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Hökumət başçısı bildirib ki, böyük qələbədən sonra yaranmış yeni çağırışlar dövlət büdcəsinin layihəsində nəzərə alınıb.

 

Bütün xəbərlər