Bu hal ünvanlı sosial yardım almağa maeə törətmir

14:50 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. Vətəndaşın kirayədə yaşaması onun ünvanlı sosial yardım alması üçün hər hansı bir maneə törətmir.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

Sədr bildirib ki, vətəndaş həmin kirayəni müvafiq qaydada rəsmiləşdirdikdə, hətta ünvanlı sosial yardımın məbləğində də bu nəzərə alına bilər.

"Şəxsin əsas xərc hissələrinin tərkibi kimi kommunal xərclərin müəyyən olunması zəruridir. Elektron sistem bu məlumatı əldə edə bilmədikdə bu halda şəxsin müraciətinin araşdırılması mümkün olmur".

Müəllif: Elmir Murad

Bütün xəbərlər