Onlara ödənən bütün növ sosial ödənişlərdə artımlar olacaq - Nazir

03.12.2021,16:43


3 dekabr, Fineko/abc.az. Gələn ildən digər sosial ödənişlər kimi, əlillik ilə əlaqədar pensiyalar, müavinətlər də artacaq.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, pensiya və müavinət alanların bir hissəsi əlilliyi olan şəxslərdir.

"Onlara verilən sosial ödənişlərin ötən dövrdə dəfələrlə artırılması təmin edilib. Təkcə son iki ildə bu ödənişlərdə iki dəfəyə yaxın artım olub. Yeni ildən əlilliyi olan şəxslərə ödənən bütün növ sosial ödənişlərdə artımlar olacaq"