“AZZA”da nöqsanlar aşkarlandı - Qanunla müvafiq tədbirlər görülüb

17:30 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Atatürk 236 ünvanında yerləşən “AZZA” QSC-yə məxsus “AZZA CAKE HOUSE” qənnadı məmulatlarının satışı mağazasında yoxlama keçirib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı mağazada qənnadı məmulatlarının üzərində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkar olunub.

Aşkarlanan pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Bütün xəbərlər