"Google" rəqib gəlir - Yeni axtarış sistemi

06.12.2021,11:12


6 dekabr, Fineko/abc.az. Yeni təqdim olunan You.com axtarış sistemi orijinal dizaynı, fərqli əməliyyat sistemi, süni intellekt texnologiyaları ilə Google.a ciddi rəqib olub.

ABC.AZ Marja-ya istinadən xəbər verir ki, Google illərdir həyatımızda elə bir yer edib ki, bir çoxumuz internetdə nəsə axtarmaq üçün "Google"la felindən istifadə edirik.

Bununla belə, dünyanın aparıcı müştəri münasibətlərinin idarə edilməsi platformalarından biri olan Salesforce-un keçmiş baş elmi işçisi David Socher bunu dəyişməyi düşünür. İlk öncə MetaMind süni intellekt şirkətini qurub, daha sonra satan David Soche-in yeni axtarış sistemi You.com, əsas xüsusiyyəti axtarış və araşdırma olduğundan Google ilə yarışır. Socher və həmtəsisçi Bryan McCann-ın fikrincə, dünya hazırda axtarış məsələsində yol ayrıcındadır. Müvafiq olaraq, Google hazırda axtarış üzrə bazarın təxminən 90%-nə hakimdir. Mövcud axtarış sistemlərinin reklam və SEO prinsipləri insanların nəyə baxdığı, oxuduğu araşdırdığı, yediyi və aldığı məsələsində nəzarətsizliyə səbəb olur. Beləliklə, insanlar pul qazanmaq üçün nəzərdə tutulmuş süni intellekt alqoritmlərinin obyektinə çevrilirlər.