Sosial ev alışı üçün 44,6 milyon manat güzəştli kredit verilib

16:15 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan 1 063 mənzilin satışının dəstəklənməsi məqsədi 44,6 milyon manat güzəştli kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə Fond bildirir. Məlumata görə, ümumilikdə 2018-ci ildən etibarən “sosial ev”lərin maliyyələşdirilməsi üçün 2 725 şəxsə 118,1 milyon manat güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat adi ipoteka krediti verilib.

 

Bütün xəbərlər