Noyabrda 3 milyard dollarlıq ixracımız olub

16:44 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, “İxrac icmalı” nın dekabr sayında öz əksini tapıb.

Sözügedən dövrdə qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln ABŞ dolları olub.

2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər