Avropa ölkələrindəki iş yerlərində kütləvi ixtisarlar gözlənilir

10:55 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Avropa ölkələrində 500 min iş yeri itiriləcək.

ABC.AZ xəbər verir ki, bu, "Clepa" Avropa Avtomobil Təchizatçıları Assosiasiyası tərəfindən keçirilən sorğunun nəticələrində öz əksini tapıb.

Buna səbəb kimi Avropa ölkələrinin "yaşıl" texnologiyalara, xüsusən də elektromobillərə çox sürətli keçidi göstərilir.

Sorğuya qatılan 100-ə yaxın şirkət hesab edir ki, 2035-ci ilədək Avropada benzin və dizellə işləyən avtomobillər qadağan edildikdə, "yaşıl" texnologiyalara keçidin kütləvi işsizlik şəklində sosial və iqtisadi nəticələri olacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər