Gələn il 2 yeni böyük müəssisə fəaliyyətə başlayacaq - 200-dən çox iş yeri açılacaq

14:45 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında yaradılan sulfat turşusu istehsalı və şüşə tara məhsullarının istehsalı müəssisələrində layihələndirmə işləri tamamlanıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hazırda tikinti-quraşdırma işləri aparılır. İstehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 mln. ABŞ dollarıdır, bunun artıq 7 mln. dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.

Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 mln. dollardır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 mln. dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.

Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

Bütün xəbərlər