“Azərsu” Səbail rayonunda yeni layihənin icrasına başlayıb

15:38 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsəd ilə “Azərsu” ASC tərəfindən Səbail  rayonunda yeni layihənin icrasına başlanılıb.

ABC.AZ xəbər verir ki, Səbail rayonunda həyata keçirilən layihə sovet dövründə tikilmiş 32 çoxmənzilli yaşayış binasında 2200 abonenti əhatə edir.

Layihəyə əsasən, hər bir mənzildə yeni sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.

Layihənin icrasına başlanandan qısa müddət ərzində işlərin 50 faizi yerinə yetirilib. Yeni yaradılan infrastruktur binaları fasiləsiz su ilə təmin etməyə imkan yaratdığından layihənin əhatə etdiyi ərazidə 4 məhəllədaxili nasos stansiyasının istismarı dayandırılacaq.

 

Bütün xəbərlər