Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı çoxalıb

15:47 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. 2021-ci il dekabrın 1-nə respublika üzrə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,7% təşkil edib.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ilin mart ayından etibarən başlanan 12 aylıq azalma dövründən sonra, ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə edilib.

Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6% artıb.

Bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.

Fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7 min 780 vahid təşkil edib.

Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə ötən ilə nisbətən 2,5% artıb.

Bütün xəbərlər