"Azərsığorta"-nın yeni sədri kimdir?

16:19 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta"da başlayıb, 2003-2005-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASc-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.

 

Bütün xəbərlər