"Apple"ın istehsalında yeni metallardan istifadə ediləcək

16:31 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. "Apple" şirkəti gələcək məhsullarında yeni materiallardan istifadə edəcək.

ABC.AZ-ın məlumatına görə, şirkət titan ərintisindən hazırlanmış korpuslardan istifadə etmək niyyətindədir.

Bu metalın ərintiləri cızıqlara və mexaniki zədələrə daha davamlıdır.

Eyni zamanda, Apple parlaq səthdə barmaq izlərini yox edəcək texnologiya üzərində işləyir. Bunun üçün korpus nazik oksid örtüklə əhatə olunacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər