Azərbaycanda 1530 yeni yoluxma halı aşkarlanıb

16:53 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı 1530 yeni hal (COVİD-19) aşkarlanıb, 1 864 nəfər müalicə olunub, “koronavirus” diaqnozu ilə 21 nəfər vəfat etmişdir.

Nazirlər Kabineti yanında əməliyyat Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 598503 yoluxma faktı aşkarlanıb. 567385 nəfər müalicə olunmuş, 8004 nəfər vəfat etmiş, aktiv xəstələrin sayı 23114 nəfər olmuşdur.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 12863 test, ötən müddət ərzində 5 621 021 isə test keçirilib.

 

Bütün xəbərlər