Gələcəkdə yəqin ki, yeni postların açılması baş tutacaq - İsmayıl Hüseynov

17:21 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Gorus-Qafan yolundakı ərazidə POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb.

"Xudafərin ərazisində posta gəlincə isə, DGK rəsmisi vurğulayıb ki, işğaldan öncə Cəbrayılın Xudafərinə yaxın ərazisində gömrük postu fəaliyyət göstərirdi. Nəinki orada, bütün bərpa olunan sərhəd məntəqələrində dövlət yetkililəri qərar versə, bu məntəqələr açılacaq. Burada məsələ tək Azərbaycan dövlət orqanlarının istəyi ilə getmir, qonşu dövlətlərlə də danışıqlar aparılır və razılaşdırılır. Hansı nöqtələrdə postların daha rahat fəaliyyət göstərməsi üçün relyef uyğun olmalıdır. Gələcəkdə yəqin ki, yeni postların açılması baş tutacaq” deyə İ.Hüseynov qeyd edib.

Bütün xəbərlər