Avtomobillərlə bağlı gömrük rüsumu artırılacaq?

17:31 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Bu gün ölkədə avtomobillərlə bağlı gömrük rüsumunun artırılması gündəmdə deyil.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, lakin ölkəyə gətirilən yüngül minik avtomobillərinin aksiz vergisinin dərəcələri müəyyən kateqoriya avtonəqliyyat vasitələri üzrə gələn il yanvarın 1-dən etibarən artırılacaq.

"Gələn il yanvarın 1-dən Vergi Məcəlləsi ilə bağlı qanun layihəsinin qüvvəyə minməsi gözlənilir. Bu təqdirdə mühərrikin işlək həcmi 3 min kub santimetrdən yuxarı və zavod buraxılış tarixi 3 ildən yuxarı olan avtomobillərin aksiz vergi dərəcələri dəyişdiriləcək" deyə İ.Hüseynov qeyd edib.

 

Bütün xəbərlər