Pensiyalar və maaşlar bu qədər artacaq - Deputatdan açıqlama

08.12.2021,11:43


8 dekabr, Fineko/abc.az. Gələn il əmək haqqlarının, pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımların 40 faiz və daha çox olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, sahələrdən asılı olaraq bu rəqəmlər dəyişə də bilər.

"Bu artımlar iki milyondan artıq vətəndaşı əhatə edəcək. Gələn ilin dövlət büdcəsinin 46 faizdən çoxu sosial yönümlü olacaq. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam sosial yönümlü xərclərin artırılmasına imkan verir", - deyə V.Bayramov qeyd edib.