Növbəti il hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün xərclənəcək - Deputat

11:58 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. 2022-ci ilin dövlət büdcəsi artıq Milli Məclisdə təsdiq olunub.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, büdcə xərclərinin 46.4 faizi sosial istiqamətə yönəldiləcək.

"Bu, müstəqillik illərində sosial xərclərin büdcə xərclərində ən böyük payıdır. Yəni bu o deməkdir ki, növbəti il hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün istifadə olunacaq. Bu ondan xəbər verir ki, 2022-ci ildə tətbiq olunacaq sosial paket kifayət qədər əhatəli olacaq və kifayət qədər çox vətəndaşımızın həm birbaşa, həm də dolayı olaraq bu artımlardan faydalanmasına gətirib çıxaracaq", - deyə V.Bayramov qeyd edib.

 

Bütün xəbərlər