Qarabağda maliyyə-bank sistemi təqdim edəcəyik - Zakir Nuriyev

12:35 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovatit ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, - o deyib.

 

Bütün xəbərlər