2024-cü ilin sonunadək bölgələr tam internetlə təmin olunacaq - Nazir müavini

08.12.2021,14:22


8 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Bakıda 5-ci Beynəlxalq bank forumu keçirilib.

ABC.AZ-ın məlumatına görə, Forumda bir sıra rəsmilər çıxış edib.

Forumda çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, 2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq.

O qeyd edib ki, nazirliyimiz dayanıqlı nağdsız ödənişlərin təmin olunması üçün zəruri internet infrastrukturunu yeniləyib.

"Əhalinin 85 faizi internetə çıxış imkanına malikdir və bu, bir sıra digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir. Biz ölkə ərazisinin, təkcə şəhərlərin deyil, həm də bölgələrin 2024-cü ilin sonunadək internetlə təmin olunması üçün meqa layihələr işə salmışıq. İnternetə çıxışı olmayan 700-ə yaxın yaşayış məntəqəsi internetlə təmin olunacaq. Biz bu layihəyə strategiya kimi yanaşırıq. Ucqar yaşayış məntəqələri biznesin yaradılması üçün dayanıqlı deyil və biz bu məntəqələri şəhərlərlə bərabərləşdirmək istəyirik", - deyə o, bildirib.

Müəllif: Elmir Murad