"Ağıllı" şəhərlər və kəndlər barədə layihələrin konsepsiyası hazırdır

14:32 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Rəqəmsal transformasiya qlobal və miqyaslı dəyişikliklər tələb edir və bu cür tapşırıq artıq verilib, konsepsiya hazırlanıb.

ABC.AZ-ın məlumatına görə, bunu Bakıda keçirilmiş 5-ci Beynəlxalq bank forumunda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O qeyd edib ki, "Ağıllı" şəhərlər və kəndlər barədə layihələrin konsepsiyası hazırdır, buraya 5G internet, nağdsız ödənişlər və digər innovativ həllər daxildir.

"Bundan başqa, maliyyə texnologiyaları sektorunun inkişafı üçün biz startap sektorunu dəstəkləyirik. Startap layihələr maliyyə texnologiyalarının inkişafına böyük təsir göstərir. Ölkədə həmçinin qlobal kibertəhlükələrin qarşısını almaq gücündə olan infrastrukturun yaradılması üzərində işlər aparılır", - R.Rüstəmov deyib.

Bütün xəbərlər