Nazirlik Ağdamdakı yataq üçün investisiya müsabiqəsi elan edib

16:10 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağına investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır.

"Müsabiqə üzrə seçimə dəvət iddiaçının tam adı, hüquqi statusu. Hüquqi şəxsdirsə, nizamnamə, VÖEN şəhadətnaməsi və dövlət reyestrindən çıxarış, fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənəd və VÖEN şəhadətnaməsi, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış təqdim edildikdən sonra aparılacaq" deyə nazirliyin məlumatında qeyd edilib.

 

Bütün xəbərlər