“Dövlət borcu haqqında” qanun dəyişdirilir - Detallar

16:19 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir.

ABC.AZ-ın məlumatına görə, Azərbaycanda dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.

Qeyd edək ki, bu məsələ “Dövlət borcu haqqında” qanuna təklif olunan əlavə və dəyişiklərdə öz əksini tapıb.

 

Bütün xəbərlər