"Amazon" cərimələndi - 1 milyard 128 milyon avro məbləğində

15:55 - 9.12.2021


9 dekabr, Fineko/abc.az.  "Amazon" onlayn pərakəndə satış şirkəti cərimələnib.

ABC.AZ-ın məlumatına görə, şirkət cərimələyən  İtaliyanın Antiinhisar Dövlət Xidmətidir. Belə ki, şirkət "bazarda dominant mövqedən sui-istifadə"yə görə 1 milyard 128 miylon avro məbləğində cərimələnib.

Tənzimləyicinin fikrincə, "Amazon" şirkəti "İtaliya bazarında mütləq üstünlük mövqeyindən" yararlanıb.

Bu da ona öz çatdırılma xidmətini inkişaf və təşviq etməyə imkan verib və bununla da e-ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə ziyan vurub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər