Elşad Nuriyev: Ağdam Sənaye Parkına 100 milyon manatlıq investisiya yatırılması gözlənilir

12:31 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. “Ağdam Sənaye Parkına ilkin mərhələdə 20-25 milyon manatlıq, ümumiyyətlə isə 100 milyon manatlıq investisiya yatırılması gözlənilir.”

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib

Onun sözlərinə görə, rəqəmlər dəyişdirilə bilər:"Çünki hal-hazırda rezidentlərin biznes planları təhlil edilir. Bu parkda qida emalı, şərabçılığın, ərzaq məhsullarının istehsalı müəssisələrinin qurulmasını gözləyirik. Ağdamın bərpası strateji məsələdir. Ağdam Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək".

 

Bütün xəbərlər