Azərbaycanda illik inflyasiya 6%-i keçib

14:50 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. Cari ilin 11 ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4%, qeyri-ərzaq məhsulları üzrə 104,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4% təşkil edib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin noyabr ayına nisbətən 111,1% təşkil edib.

Həmçinin, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9%, əvvəlki ilin noyabr ayına nisbətən 114,9% təşkil edib.

 

Bütün xəbərlər