Agentlik 625 min manatlıq tenderə yekun vurub

16:04 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı və Mingəçevir şəhərlərində yerləşən data mərkəzlərindəki HP markalı avadanlıqlar üzrə istehsalçı zəmanətlərinin 3 (üç) il müddətinə uzadılması xidmətinin satın alınması ilə bağlı elan etdilmiş tenderə yekun vurulub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi " ULTRA Technologies"  MMC olub.

Qalib şirkətə 625 152 manat ödəniləcək.

 

Bütün xəbərlər