Özəl sektor Qarabağda yaşayış massivlərinin tikintisinə cəlb olunacaq

17:25 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı inkişaf etdiriləcək.

Bu barədə Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamda qeyd edilib.

Sərəncamda həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorlara dəstək göstəriləcək.

 

Bütün xəbərlər