İşsizləri işçisi kimi qeydiyyata alıb maaşını mənimsədi - Cinayət işi açıldı

12:24 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayevin qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulan məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılan 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elçin Abdullayevə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

 

Bütün xəbərlər